Yuxarı

Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü oldu

Tiflisdə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü olub.

Axar.az xəbər verir ki, Tiflisdə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantı çərçivəsində reallaşan görüşdə Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyn, Azərtac-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov, İrəvanın “Armninform” agentliyinin direktoru Emmanuel Mkrtçyan, bu agentliyin şef redaktoru Zaruhi Qukasyan, “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oganezova iştirak ediblər.

Görüşdə 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyət, iki ölkə arasında davamlı sülhə nail olmaq və uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində jurnalistlərin rolu və digər məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında davamlı sülhə nail olunması üçün səylərin artırılmasının, jurnalistlərin daha intensiv görüşlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin, eləcə də dezinformasiyalara qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyini qeyd ediblər.

Tarix
2023.04.30 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla