Yuxarı

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.

Axara.az xəbər verir ki, dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlət başçısı Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Tarix
2015.12.02 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla