Yuxarı

Qarabağa qanunsuz səfər edən iş adamı dindirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa qanunsuz səfər edən iş adamı dindirildi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən rusiyalı iş adamı German Sterliqov Rusiyanın İstintaq Komitəsində dindirilib.

Report xəbər verir ki, bu barədə German Sterliqovun özü məlumat verib.

O qeyd edib ki, bu yaxınlarda İstintaq Komitəsinə çağırılıb: "Orada komitənin iki əməkdaşı məni dindirdi. Azərbaycanın mənə qarşı irəli sürdüyü ittihamlar əsasında suallar verdilər".

G.Sterliqovun sözlərinə görə, İstintaq Komitəsinin müstəntiqləri ona Azərbaycana təhvil verilməyəcəyini deyiblər: "Rusiya öz vətəndaşlarını ələ vermir".

Qeyd edək ki, "German Sterliqov Şirkətlər Qrupu"nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri 2015-ci il 4 iyul tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan Respublikasının ərazisinə daxil olub. Azərbaycanın Baş Prokurorluğu German Sterliqova qarşı dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə ittihamı irəli sürüb. Həmin ittihamlara əsasən, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi onun barəsində dövlətlərarası axtarış elan edib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu bir neçə ay əvvəl German Sterliqovun dindirilməsi üçün Moskvaya səfər etmişdi.

Tarix
2015.12.02 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla