Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2019


Azərbaycan və Ermənistan ordusunun hərbi gücü – Statistika

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 gündə Azərbaycan və Ermənistan ordusunun təmas xəttində atəşkəs 500 dəfədən çox pozulub. Gərginlik o yerə qədər gəlib çıxıb ki, müharibənin baş verə biləcəyi məsələsi gündəmdən düşmür. Bəs, müharibə baş verərsə, bizi nə gözləyir? Orduların müqayisəsi hansı ehtimala imkan tanıyır?

Hər iki ordunun gücü, imkanları, sahib olduğu texnikaya nəzər salaq.

Hərbi büdcə

Azərbaycan:

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır.

Ermənistan:

2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.

Canlı qüvvə

Azərbaycan:

126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur.

Ermənistan:

60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər.

Texnika

Azərbaycan:

Helikopterlər:

Mi-35M: 24 ədəd döyüş helikopterləri Dövlət Sərhəd Xidmətinin arsenalına daxil olunur.

Mi-24: 70 ədəd hücum helikopteri,

T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı),

Mi-2: 10 - ədəd

Mi-6: 15 - ədəd

Mi-8: 18 ədəd

Mi-17-1V: 72 ədəd

Mi-17-1Ş: 14 ədəd

Mi-172: 1 - ədəd

Ka-32: 12 - ədəd

Eurocopter Super Puma: 2 - ədəd

AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən, 2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək)

AW-189: 2

Təyyarələr:

MiG-29: 49 ədəd kəşfiyyat təyyarələri,

Su-24: 8 ədəd bombardımançı təyyarə

Su-25: 33 - ədəd (11 ədədi Belarusiya istehsalı)

JF-17: 24 ədəd qırıcı təyyarə

L-39: 22 ədəd təlim döyüş təyyarəsi

İl-76: 3 ədəd (nəqliyyat təyyarəsi)

An-12: 1 ədəd (nəqliyyat təyyarəsi)

An-24: 1 ədəd (nəqliyyat təyyarəsi)

Tu-134A: 1 ədəd (nəqliyyat təyyarəsi).

Pilotsuz təyyarə

Aeronautics Orbiter: 45 ədəd

Aeronautics Aerostar: 60 ədəd

Searcher – 42: ədəd

Hermes 450: 40 ədəd

Heron: 5 - ədəd.

Yerli istehsallar:

Snayperlər: "İstiqlal", "Yalquzaq", "Mübariz"

Zirehli texnika: Matador, Marauder, Gürzə patrul maşını.

Avtomatlar: "Xəzri", "Hücum" (tüfəng), "Şimşək"

Tapança: "Zəfər", "Zəfər-K", "İnam"

Minaatanlar: HE Mortar Bomb 120 mm.

Reaktiv yaylış atəş sistemləri: Çoxtərəfli 107 mm kalibrli raketlər.

TR-107 və TRB-107 raketləri 11 km-ə qədər yerləşən hədəfi vura bilir.

Ermənistan:

Su-25: 15 ədəd (hücum təyyarəsi)+ 6 ədəd (səhih deyil)

Su-27: 4 ədəd

MiQ-25PD: 1 ədəd

İl-76 – 2 ədəd (yük təyyarəsi)

Mi-24 helikopteri – 12 ədəd

MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir)

Qeyd: Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb.

Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir.

Tarix
2014.01.27 / 14:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Xalqları sülhə hazırlamaq” nə deməkdir? - Video

Nikol Moskvaya gedir: Kreml “5+2 variantı”nda israr edərsə...

Avropadan Mehmanla bağlı qərara təcili - Reaksiya

İsrail zərbələrə davam edəcək - ABŞ-ın planı

“Böyük Ermənistan xəritəsi”nə baxın: Ədalətsiz sülh olarsa…

Əli Kərimli sağalmaz xəstəliyə tutulub

Mehmanın azadlığı onları məyus edəcək – ATƏT PA vitse-prezidenti

Prezident müdaxilə etdi: Mehman azad olunur – Açıqlama

Şeyxdən Ermənistanla bağlı Səudiyyəyə təşəkkür... - Foto

Bakının polis rəisi mitinqdən danışdı: Vəsatət verəcəm...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla