Yuxarı

Mübariz Mənsimovun iki işçisi həbs olunur - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pal Süd Dağıtım" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

İdarədən "Axar.az"a verilən məlumata görə, cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, PalSüd MMC 45 min işçisi olan PALMALİ Şirkətlər Qrupuna aid 48 müəssisədən biridir.

2005-ci ildə Bakıda "NurSüd MMC" süd və süd məhsulları emalı zavodu təsis edilib. 2008-ci ilin əvvəlindən etibarən "PalSüd" ticarət nişanı altında geniş çeşiddə süd məhsulları istehsalına başlanılıb. PalSüd MMC PALMALI Şirkətlər Qrupunun qida sənayesi sahəsində təmsil edən ilk şirkətdir.

Baş ofisi İstanbulda yerləşən PALMALİ Şirkətlər Qrupunun rəhbəri isə Mübariz Mənsimovdur.

Tarix
2014.01.27 / 17:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla