Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Azərbaycanda yeni cərimə qaydaları tətbiq olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün hallar üzrə inzibati xətalara görə cərimələrlə bağlı yeni qaydalar tətbiq edilir.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 25.6-1, 425.1.1-1 və 426.1.5-1 və 426-1 maddələri əlavə olunur.

Dəyişikliklər layihəsində əsas mahiyyət inzibati xətalara görə müvafiq hallarda yeni qaydada – şərti olaraq cərimələrin tətbiq olunmasıdır. Layihəyə əsasən inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimə ödənilməyə bilər.

Yeni 426-1 maddəsinə görə, eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün müddət nəzərdə tutulacaq. Bu müddət 1 aya qədər, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq 1 aydan 2 aya qədər müəyyən olunacaq. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tarix
2014.01.27 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi

Küləklə "donuz qripi" gələ bilərmi? – Baş epidemoloq

Bakıda dəhşətli fırtına və qasırğa: Nə baş verə bilər?

ABŞ Rusiyanı aldatdı, ancaq İranı... – Şərh

AzTV-də olan çatışmazlıq və kadr dəyişikliyi... - MTRŞ eksperti

Bu ölkələr ABŞ-ı Yaxın Şərqdə məyus edəcək

İrəvan Azərbaycanı savaşa çəkir: Qarabağda 8 günlük...

7 rayon qaytarılmalıdır: bu, İrəvanın güzəşti deyil - Duqin

İran və Azərbaycan generalları görüşdü - Video

Leyla Abdullayevadan Lavrova - Cavab

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla