Yuxarı

Makronla İlham Əliyev bu şəhərdə görüşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronla İlham Əliyev bu şəhərdə görüşəcək

Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında Moldovanın paytaxtı Kişinyovda görüş olacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumat Makronun Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda yer alıb.

"Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq", - məktubda qeyd olunub.

Qeyd edək ki, Kişinyovda Əliyev və Paşinyanın görüşündə Makron və Şoltsun da iştirak edəcəyi barədə məlumat yayılmışdı.

Tarix
2023.05.27 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla