Yuxarı

“Taurus” nəyə qadirdir və Kiyev niyə ona can atır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Taurus” nəyə qadirdir və Kiyev niyə ona can atır?

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Zelenski Almaniyadan “Taurus” qanadlı raketləri almaq üçün rəsmi müraciət edib.

Axar.az xəbər verir ki, “Bild” nəşri Ukrayna liderinin niyə bu raketləri almaq istəməsi ilə bağlı araşdırma aparıb.

Bildirilir ki, “Taurus” 500 km-ə qədər mənzilə sahibdir. Onun sürəti saatda 900 km-ya çatır ki, bu da “Taurus”u çətin hədəfə çevirir.

“Taurus” bunkerlərə, aerodromlara, körpülərə və təchizat yollarına hücum üçün Ukraynaya əlavə imkanlar yarada bilər. Həmçinin bu raket nəinki bunkerə, hətta onun ayrı-ayrı otaqlarına da dəqiq zərbə endirmək gücünə malikdir.

“Taurus” 480 kq partlayıcı daşıyır və iki metrlik polad ucluğu bir metr qalınlığında betonu deşə bilir. Bu raketin üstünlüyü odur ki, o, 1 metrlik beton səddi deşdikdən sonra içəridə partlayır.

Bu raketlərin cəbhə xəttinin çox arxasındakı Rusiya hərbi infrastrukturuna zərbə endirməyə imkan verəcəyi qeyd edilir.

Tarix
2023.05.28 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla