Yuxarı

Şeyx rəsmiləri Təzə Pirə topladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Təzə Pir məscidində geniş tərkibli iclas keçirir.

"Axar.az" xəbər verir ki, iclasda bir sıra dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələr aparılır.

Tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə bəzi dini cərəyanların xarici qüvvələr tərəfindən idarə olunduğunu bildirib:

"Bizdə ənənəvi olaraq süni və şiə məzhəbinin nümayəndələri olub. Sonradan yaradılan dini cərəyanlar isə xarici qüvvələr tərəfindən idarə edilir. Mən elə bilirəm ki, onlar həm də Ermənistana xidmət edən qüvvələrdir.

Şəxsən mən özüm heç vaxt vəhabi, nurçu haqqında heç nə deməmişəm. Düşünmüşəm ki, bəlkə düzələrlər. Adını vəhabi, sələfi qoyursan, nə qoyursan qoy, öz ibadətini elə, vəssəlam. Amma təbliğ və təşviq etmək ölkənin qanunlarına ziddir. Bu kimi hallar qanun çərçivəsində cəzalandırılmalıdır".

Xatırladaq ki, bu tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, dövlət orqanlarının rəsmiləri və bəzi deputatlar da iştirak edirlər.

Tarix
2014.01.28 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla