Yuxarı

Vəhabilərin məscidi bağlanır - Çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İçəri şəhərdə fəaliyyət göstərən Aşurbəy məscidində xoşagəlməz hadisələr var. Yaxın vaxtlarda bu məsələ həll olunmasa, orada vətəndaş qarşıdurması baş verə bilər".

"Axar.az" xəbər verir ki, bu barədə İçəri şəhər Cümə məscidininin axundu Hacı Surxay Məmmədli bildirib.

O, deyib ki, məsciddə bir sıra radikal fikirlər səsləndirilir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu, harda yazılıb?

QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır:

"Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhabilik, təkfirçilik, xəvariclərdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu harda yazılıb?".

Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq:

"Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq".

Tarix
2014.01.28 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla