Yuxarı

Aşurbəy məscidinin bağlanması təklifinə sərt təpki

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aşurbəy məscidi bağlanandan sonra nə baş verəcək? Bu insanlar gedib ibadətlərini harada yerinə yetirəcəklər?"

Bu sözləri açıqlamasında ilahiyyatçı Elşad Miri bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının toplantısında Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin sələfi camaatının toplaşdığı Aşurbəy məscidinin qapadılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib ("Avropa.info").

Bu cür təklifləri geridə qalmış fikir hesab edən Elşad Miri məscidin qapadılmasının düzgün olmadığını deyib:

"Sabah Aşurbəy məscidini bağlasan, həmin insanlar yığışacaqlar elə Hacı Surxayın axund olduğu Cümə məscidinə, sonra oranı da bağlayacaqlar, yığışacaqlar Təzə Pir məscidinə. Beləliklə bütün ibadət yerlərini bağlayacaqsınız? Məscidləri nəinki bağlamaq, əksinə, sayını artırmaq lazımdır. Sadəcə, düzgün maarifləndirmə işi aparmaq gərəkdir".

Elşad Miri məscidin bağlanılması məsələsini müzakirə edən QMİ-ni də sərt şəkildə tənqid edib:

"Məscidin bağlanılması təklifinin QMİ-nin toplantısında səsləndirilməsi bu qurumun geridə qalmasının göstəricisidir. Bu təklif, əslində, din adı altında sovet dövründən qalma ateist fikirin təzahürüdür".

Xatırladaq ki, QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır:

"Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilər, vəhabilər, təkfirçilər, xəvariclərdir".

Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq:

"Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq".

Tarix
2014.01.28 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla