Yuxarı

İsa Qəmbər AXCP-Müsavat savaşına son qoymağa çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hörmətli dostlar, Xanımlar və bəylər! Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də, hələ bitməyib."

"Axar.az" xəbər verir ki, bu sözləri özünün Feysbuk səhifəsində Müsavat partiyasının sədri İsa Qəmbər AXCP üzvləri ilə aralarındakı "söz davasında atəşkəsdən" bəhs edərkən yazıb. O bildirib ki, ilk əvvəl atəşkəsə nail olmaq, daha sonra isə birdəfəlik bu davaya son qoymaq lazımdır:

"Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.

Mən ilk növbədə müsavatçılara və "Yeni Müsavat"çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram".

Müsavat başqanı Rəsulzadənin dostunun Bakıya gəlməsini və belə bir gündə savaşmağın doğru olmadığını da yazıb:

"Bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın".

Tarix
2014.01.28 / 16:39
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla