Yuxarı

Makron danışıqlardan uzaqlaşsa, sülh olacaq – Brayza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron danışıqlardan uzaqlaşsa, sülh olacaq – Brayza

Sülh sazişi tezliklə imzalanacaq.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sülh danışıqları haqda Globalinfo.az-a açıqlamasında deyib.

“Düşünürəm ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi etdikləri son görüşlərdən əldə olunan müsbət dinamika davam edərsə, tezliklə sülh sazişi imzalana bilər. Fransa lideri Makronu müzakirələrdən kənarda saxlamaq da prosesə müsbət təsir edəcək”.

M.Brayza vurğulayıb ki, sülh müqaviləsi hələ 1998-99-cu illərdə imzalana bilərdi:

“Davamlı tərəqqi üçün ən ciddi təhlükə 1999-cu ildə Ermənistan parlamentində ovaxtkı baş nazir Sərkisyanın öldürülməsi, eləcə də keçmiş prezident Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən radikal erməni millətçiliyi oldu. Yəni 1998-ci ildə həmin iki erməni liderin də Azərbaycan Prezidenti Heydər Əliyevlə güzəştə getməyə hazır olduqları məqamlar vardı”.

Tarix
2023.06.09 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla