Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2019


Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Daxili işlər naziri Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verib. ANS PRESS-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 28-də DİN-də 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, cənab Prezidentin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır:

"Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Nazir qeyd edib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir.

Nazir, general-polkovnik Ramil Usubov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək.

Tarix
2014.01.28 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qarabağ klanı Davos görüşündən niyə narahatdır?

Erməni ekspertdən Qarabağ açıqlaması: Ən qısa zamanda...

Ankara ilə Moskva arasında tarix yaşanır – İsti şərh

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı

Qərəzli monitorinq: Qeyri-peşəkarlıq, yoxsa...

Dünyada bu mühitə ehtiyac var - Millət vəkili

Nüfuzlu şəxslərin Əliyevlə görüşməsi... - Deputat

Azərbaycan bu sahədə sıçrayışlı irəliləyişə nail oldu - Deputat

Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıyır - Deputat

Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama - Rəsmi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla