Yuxarı

Ümummilli Liderin xatirəsi Pakistanda anıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümummilli Liderin xatirəsi Pakistanda anıldı

Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Səfirlikdən Report-a verilən məlumata görə, səfirliyin diplomatları və Pakistanda yaşayan azərbaycanlıların iştirak etdiyi tədbirdə çıxış edənlər H.Əliyevin Azərbaycanın tarixində oynadığı müstəsna roldan, həyata keçirdiyi milli dövlət quruculuğu siyasəti və Azərbaycançılıq ideyalarından danışıblar.

Qeyd olunub ki, H.Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik və iqtisadi-sosial tərəqqi əldə edilib. Azərbaycan xalqının milli maraqlarının əsas götürüldüyü xarici siyasət xətti formalaşdırılmış, qısa müddətdə Azərbaycan regionun və dünyanın dəyər verdiyi ölkəyə çevrilib. H.Əliyevin bərqərar etdiyi milli quruculuq siyasəti, islahatlar, qlobal əhəmiyyətli layihələr bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Həmçinin İslamabaddakı Bari İmam ziyarətgahında ümummilli liderin ruhuna dualar oxunub, ehsan verilib.

Tarix
2015.12.12 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla