Yuxarı

Erməni icmaları ilə danışıqlar nəticə verə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və erməni icmaları arasında dialoqun aparılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ikinci iş günündə keçirilən sərbəst dinləmələrdə ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Millət vəkili çıxışında Assambleyanın diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasının və münaqişə bölgəsində yaşayan Azərbaycan və erməni icmaları arasında təmasların yaradılmasının vacibliyinə yönəldiv və bunun sülh danışıqlarına töhfə verəcəyini deyib:

"Azərbaycan və erməni icmaları arasında dialoqun başlanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər. Belə ki, ATƏT-in Minsk qrupu yaradılanda tərəflər kimi Azərbaycan və Ermənistan, habelə maraqlı tərəf kimi isə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında danışıqların aparılması nəzərdə tutulmuşdu. Mən əminəm ki, dialoqun başlaması danışıqlar prosesinə öz töhfəsini verə bilər. Biz bu istiqamətdə axtarışlarımızı davam etdirəcəyik. 1990-cı illərin əvvəllərində mövcud olan problemlərimizi aradan qaldırmaq üçün öz aramızda danışıqların başlanmasını təklif edirdik. İlk vaxtlarda bu, bəlkə də çətin bir proses idi. Ancaq mən tam əminəm ki, biz danışıqlar masası ətrafında oturub dialoqa başlasaq, çox şeyə nail ola bilərik və bununla da aparılan sülh danışıqları prosesinə öz töhfəmizi vermiş olarıq. Buradakı həmkarlarımdan bu dialoqu yaratmaq istəyimizə dəstək verməyi xahiş edirəm".

R.Rzayev çıxışında son bir neçə gündə təmas xəttində vəziyyətin gərginləşdiyinə də toxunub: "Üç gün bundan əvvəl qoşunların təmas xəttində güclü atışmalar baş verib. Bu işdə bizə, yəni azərbaycanlılara və ermənilərə kömək edə bilməsək, gələcəkdə çox dəhşətli nəticələrlə üzləşə bilərik. Buna görə də sizə müraciət edirəm və ümid edirəm ki, siz bizə bu məsələdə əməli köməklik göstərə bilərsiniz". (Trend)

Tarix
2014.01.28 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla