Yuxarı

Tehran və İrəvanı türklərə qarşı siyasət birləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran və İrəvanı türklərə qarşı siyasət birləşdirir

Antitürk təşəbbüsü ilə tanınan Tehran hakimiyyəti yüz ilə yaxındır Azərbaycan mədəniyyətini, maddi və mənəvi varlığını yox etməyə çalışır. Urmiya gölünün bilərəkdən qurudulması və digər ekoloji terrora göz yumması rejimin türk düşmənçiliyindən irəli gəlir.

Bu sözləri Axar.az-a milli fəal Kürşad Ağdərəli Ermənistanın Metsamor AES-in tullantılarını Araz çayına axıtmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran rejiminin məsələyə səssizliyi Güney Azərbaycanda vəziyyəti təhlükəli həddə çatdırıb:

“İrəvan və Tehran hakimiyyəti bölgədə antitürk siyasəti aparırlar. Metsamor AES-in tullantı sularının Araz çayına axıdılması bir çox xəstəliklər əmələ gətirir. Belə ki, çayın kirlənmiş suyu ilə əkin sahələrinin suvarılması Araz çayının cənub sahillərindəki bölgələrində xərçəng xəstəliyinin yayılmasına səbəb olub. Ərdəbil əyalətlər arasında mədə xərçənginə görə birinci yerdədir. Bunlar hamısı Araz çayının çirklənməsinə görə baş verir. İran hakimiyyəti bunun qarşısını almaq üçün əməli bir addım atmır və aydındır ki, bunu Ermənistanla əlbir olaraq, məqsədli şəkildə həyata keçirir. Hər şey ortadadır”.

O xatırladıb ki, son illər Ermənistan və Tehran əlaqələri dərinləşib:

“Hər ikisinin türklərə qarşı terror törətdiyinin dəfələrlər şahidi olmuşuq. Onların türklərə qarşı düşmənçilikləri ortaq maraqlarıdır. Yeni formasını isə Araz çayına qarşı edilən ekoloji fəlakətdə görürürk. Ermənistan hakimiyyəti şüurlu şəkildə bu addımı atır. Fars işğalçı hakimiyyəti də türklərə qarşı belə bir təxribat xarakterli fəaliyyətləri, sadəcə, izləməklə kifayətlənir”.

Kürşad Ağdərəlinin sözlərinə görə, milli fəallar məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar:

“Güney Azərbaycanda tam mənası ilə bəşəri cinayət törədilir. Bu, bölgədə türk kimliyini yox etməyə yönəlmiş yeni bir oyundur. Biz - milli fəallar müxtəlif imkanlar daxilində dərdimizi dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Sosial medialarda bu barədə etiraz edənlər çoxalıb. Dünya birliklərinin diqqətini Arazı AES-in çirkəndirməsinə və yayılan xəstəliklərə yönəltmək fikrindəyik. Ermənistan Arazın o tayı kimi, bu tayını da terrora məruz qoyur. Azərbaycanlılara hər fürsətdə ziyan vurur. Araz çayına atılan tullantı sular İran adlanan ölkədə yaşayan Azərbaycan türklərinə qarşı törədilmiş cinayətdir. Bunun qarşısı alınmalıdır. Amma İran və Ermənistanın havadarları çoxdur, ona görə də bizim səsimizə səs verən, dərdimizə şərik çıxan yoxdur. Hələlik, imkanımız sosial media vasitəsi ilə insanları məlumatlandırmağa çatır”.

Tarix
2023.06.17 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla