Yuxarı

FHN 10 il ərzində mühüm işlər görüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN 10 il ərzində mühüm işlər görüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində dekabrın 15-də nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzərTac xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi 10 il ərzində əhalinin, ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, eləcə də insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər gördüyünü deyib.

E.Qasımov vurğulayıb ki, ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda baş verən fövqəladə hadisələr zamanı nazirliyin şəxsi heyəti xüsusi peşəkarlıq nümayiş etdirib.

Toplantıda FHN-in əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu sahədə səmərəli nəticələr əldə etmək üçün beynəlxalq əməkdaşlıq çərçivəsində bir çox ölkə ilə işgüzar əlaqələr qurulub.

Sonda FHN-in fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.

Tarix
2015.12.15 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla