Yuxarı

Çəkiliş qrupu düşmənlə üz-üzə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çəkiliş qrupu düşmənlə üz-üzə - Foto

Qazax rayonunda keçirilən "İgidlərin beşiyi elim mənim" adlı layihənin həyata keçirilməsinə başlanılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə Qazax rayonunun işğala məruz qalmış kəndlərindən və rayonun milli qəhrəmanlarından bəhs edir. Layihənin əsas məqsədi gənclərə vətən sevgisini aşılamaq, milli qəhrəmanlarımızın döyüş yolunun yaddaşlarda qalmasına nail olmaqdır.

Layihəsi çərçivəsində gənclərə örnək olan milli qəhrəmanların döyüş yolunu özündə əks etdirən sənədli filmin cəkilişi nəzərdə tutulub. Film tarixi faktlara əsaslanacaq.

Filmin ilk kadrları Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun doğulduğu Ağköynək kəndində reallaşdırılıb. Qəhrəmanın ailə üzləri və yaxınları xatirələrini bölüşüblər.

Milli qəhrəmanın döyüş yoldaşları Qazax RPİ-nin rəisi polkovnik Zöhrab İsmayılov, Qayıb Civişov (sabiq polis kapitanı), Çingiz Məmmədov (sabiq polis işçisi) və digər döyüşçülər öz müsahibələrində qəhrəman igidlərimizin döyüş xatirlərindən bəhs etdilər.

Daha sonra çəkilişlər Məzəm kəndində Mərifət Nəsibovun doğulduğu evdə baş tutub. Milli qəhrəmanın təmas xəttinin yüz metrliyində olan qəbri də ziyarət edilib.

Mərifət Nəsibovun qəhrəmanlığını döyüş yoldaşları Rəfael Adıgözəlov, Vilayət Məmmədov, Qurban Qurbanov danışıblar.

Çəkilişlər cəbhə bölgəsində, qəhrəmanların evlərində davam etdirilir.

Tarix
2015.12.16 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

İlham Əliyevin ikinci qələbəsi: sülhə gedən yol

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla