Yuxarı

NATO: “Sülh ordusu Qarabağa bu şərtlə gələ bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhməramlı qoşunların Dağlıq Qarabağa dislokasiyası yalnız konfliktin siyasi həllindən sonra mümkündür.

Axar.az xəbər verir ki, bunu Ermənistanın "Tert.am" saytına açıqlamasında NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturay söyləyib. Onun sözlərinə görə, hazırda konfliktin siyasi həlli üçün heç bir zəmin yoxdur.

Appaturay həmçinin Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinin NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına təsir etməyəcəyini bildirib:

"Biz razıyıq ki, hər üç ölkə öz şəxsi təhlükəsizlik siyasətini seçib. Biz buna hörmət edirik. Bizim bütün partnyorluq münasibətlərimiz Alyansın üzvü olan 28 ölkə, eləcə də Türkiyə tərəfindən dəstəklənir. Cənubi Qafqaz ölkələri ilə münasibətlərimiz heç bir halda Rusiyadan asılı deyil. Ona görə də Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinin NATO-nun Cənubi Qafqaz ölkələri ilə əlaqələrinə birbaşa təsir edəcəyini düşünmürəm".

Tarix
2015.12.17 / 14:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla