Yuxarı

Gülağa Aslanlı YAP rəsmisinə cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülağa Aslanlı YAP rəsmisinə cavab verdi

"Siyavuş Novruzovun Milli Şura barəsində söylədiyi fikirlər onun hüquq eliminə gətirdiyi yeniliklərlə bağlıdır".

Bu sözləri Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Yeni Azərbaycan Partiyası icra aparatının müavini Səyavuş Novruzovun Milli Şuranın 27 oktyabr mitinqi barəsində fikirlərinə münasibət bildirərkən "Axar.az"a söyləyib.

Gülağa Aslanlı həmçinin mitinqdə heç bir qanun pozuntusunun baş vermədiyini də bildirib:

"Səyavuş Novruzov tarix fakültəsini çox çətinliklə qurtarıb, yaxşı da saymağı bacarmır. Bu da onun riyaziyyatdan çətinlikləri olduğunu göstərir. Qaldı, Siyavuş Novruzovun partiyası bu yağışlı havada mitinq keçirsin və 700 nəfər də könüllü olaraq onların görüşünə gəlsin, ondan sonra da nəsə danışsınlar. Onu da demək istəyirəm ki, Bakı Şəhər Baş Polis idarəsi dünənki mitinqlə bağlı hər hansı qanun pozuntusunun qeydə alınması barədə heç bir fikir söyləməyib".

Xatırladaq ki, Səyavuş Novruzov APA-ya açıqlamasında Milli Şuranın mitinqinə 700-800 nəfər adamın toplaşdığını, növbəti dəfə sərbəst toplaşma azadlığı qaydalarının pozulduğunu və ölkə rəhbərliyinin şərəf və ləyaqətinin təhqir edildiyini bildirərək, müvafiq qurumlardan bununla bağlı ölçü götürülməsini istəyib.

Tarix
2013.10.28 / 14:57
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla