Yuxarı

Fransa radiosunda erməni işğalından danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də Fransanın "France Culture" radiosunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən "İşğal olunmuş ərazilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı veriliş səsləndirilib.

"Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, verilişdə ermənilərin Azərbaycan torpaqlarının işğalına planlı şəkildə hazırlaşmaları, 1988-ci ildə Sumqayıt hadisələrini törətmələri və s. barədə danışılıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal etdikləri, münaqişə zamanı minlərlə insanın qətlə yetirildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi dinləyicilərin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar indiyədək heç bir nəticə verməyib.

Verilişdə Ermənistanın iqtisadi baxımdan çətinlik çəkdiyi, bu ölkəyə xaricdə fəaliyyət göstərən erməni lobbisinin yardım göstərdiyi qeyd olunub.

Tarix
2014.01.29 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla