Yuxarı

Əli Həsənov: Biz bütün vasitələrdən istifadə edirik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər"

"Azərbaycanın müvafiq dövlət qurumları vətəndaşlarımızın Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı məsələ ilə məşğuldur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: "Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər".

PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: "Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir".

Tarix
2014.01.29 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla