Yuxarı

Qarabağın müstəqilliyinin tanınmasına münasibət - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın müstəqilliyinin tanınmasına münasibət - Rəsmi

ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi fonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbul etməyə çalışır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuat konfransında Ermənistan KİV-in Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumatları şərh edərkən deyib.

E.Abdullayev qeyd edib ki, bu sənədin qəbul edilməsi erməni lobbisinin maliyyə vəsaiti sayəsində mümkün olub: "Sənədin heç bir hüquqi qüvvəsi yoxdur və deklarativ xarakter daşıyır".

Onun sözlərinə görə, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul ediblər: "Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir".

Mətbuat katibi bildirib ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu həmin sənədin qəbul edilməsi ilə əlaqədar öz etirazını bildirəcək. (Trend)

Tarix
2014.01.29 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla