Yuxarı

Azərbaycan ordusu 40 erməni əsgərini öldürüb - İddia/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:17

Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupu işğal altında olan Dağlıq Qabarağda 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, azərbaycanlı hərbçilərin erməni əsgərlərini öldürməsindən sonra işğalçı ölkə də atəşkəsi iri və kiçik çaplı silahlarla pozmağa başlayıb.

Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu bir neçə dəfə Azərbaycan ərazisinə daxil olmaq istəsə də, hərbçilərimizn sayıqlığı qarşı tərəfin arzusunu ürəyində qoyub.

Məlumat üçün bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin diversiya qrupunun Dağlıq Qarabağ ərazisində hansısa əməliyyat keçirməsi ilə bağlı məlumatları təkzib edib. ("Faktxəbər.com")

22:36

Düşmənin çoxsaylı itki verməsi ilə əlaqədar Türkiyə mediasında yer alan iddialara rəsmi münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Vaqif Dərgahlı "Musavat.com"a bildirib ki, düşmənin sözügedən sayda itki verməsi ilə bağlı nazirlikdə hər hansı bir məlumat yoxdur: "Hər hansı itkilər barədə dəqiq məlumatımız olanda biz onu yayırıq. Sadəcə son günlər düşmənin itkiləri haqda konkret məlumatımız yoxdur, bunun da obyektiv səbəbi var. Çünki düşmən məhv ediləndə təmas xəttinin digər tərəfində qalır və yalnız Ermənistan tərəfinin rəsmi açşıqlamasından sonra biz də itkilər haqda məlumatlı oluruq. Məsələn, bu gün Ermənistan tərəfi bir əsgərin öldüyünü açıqladı və biz də onu qeydə aldıq". Qeyd edək ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda hər hansı diversiya əməliyyatının aparılmadığını açıqlayıb.

Tarix
2014.01.29 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla