Yuxarı

Türk mediası İbadoğludan yazdı: saxta pul, silah...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk mediası İbadoğludan yazdı:

Xəbər verdiyimiz kimi, ötən gün DİN-in keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqəli 5 nəfər həbs olunub ki, onlardan da biri tanınmış iqtisadçı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.

Axar.az xəbər verir ki, rəsmi açıqlamada əməliyyatın Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında aparıldığı vurğulanıb.

Türkiyə mediasında isə olayla bağlı bir qədər fərqli məlumat əksini tapıb. “İhlas” xəbər agentliyi yazıb:

“Onların FETÖ-nün təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasına şərait yaratdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim və yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib”.

Qeyd edək ki, DİN-in məlumatında bu detallar yoxdur.

Tarix
2023.07.24 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla