Yuxarı

Türk prezident: “Ankara üzr istəməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk prezident: “Ankara üzr istəməlidir”

Türkiyənin Rusiya təyyarəsini Suriyada vurması səhv idi.

Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib. Onun sözlərinə görə, rəsmi Ankara bu hərəkəti üçün Rusiyadan üzr istəməlidir.

Qırğızıstan prezidenti hesab edir ki, bu faciəvi səhv həm Türkiyə, həm Rusiya xalqı üçün bədbəxtlik gətirdi:

"Məsələni Putinlə və Ərdoğanla müzakirə etmişik. Təyyarənin 17 saniyə Türkiyə ərazisində olması 20 il ərzində qurulan münasibətləri təhlükəyə atmaq üçün əsas deyil. Elə vaxtlarımız olub ki, qonşu ölkələrin müxtəlif aparatları ölkə üzərində saniyələrlə yox, saatlarla uçuş aparıblar. Amma onlara atəş açmamışıq. Bizə sülh lazımdır".

Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbçiləri Rusiyanın Su-24 təyyarəsini ölkə sərhədini pozduğuna görə məhv edib. Bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Tarix
2015.12.24 / 10:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla