Yuxarı

Xaçatryanın məhkəməsi canlı yayılsın, dünyaya göstərilsin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçatryanın məhkəməsi canlı yayılsın, dünyaya göstərilsin!

Vaqif Xaçatryanın məhkəməsinin açıq, hətta bütün dünyaya nümayiş etdirilən canlı yayımla keçirilməsi mühüm addım olardı.

Bu sözləri Axar.az-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndindəki soyqırımda iştirak edən Vaqif Xaçatryanın yaxalanması haqda qeyd edib.

S.Vəkilov bildirib ki, V.Xaçatryanın işgəncə verdiyi insanlardan bəziləri hələ də sağdır:

“Xaçatryan Meşəli kəndində 25 azərbaycanlının qətlə yetirilməsində, 14 nəfərə işgəncə verilməsində, 358 nəfərin yurdundan qovulmasında iştirak edib. Onun əsir götürdükləri də olub. Hazırda həmin şəxslərdən bəziləri sağdır və şahidlik edə, Xaçatryanın əməllərini məhkəmədə detallarına qədər danışa bilər. Onların bir çoxunun bədənində damğalar var, işgəncələrin izlərini hələ də canlarında daşıyırlar. Bunlar hamısı sübutlardır. Biz faşist qatillərin mühakiməsinə bənzər bir prosesi bütün dünyaya göstərib, faşistlədən daha dəhşətli olan erməni vəhşiliyinin iç üzünü bir daha aça bilərik”.

Qeyd edək ki, 1991-ci ilin dekabrın 23-də Xocalının Meşəli kəndidəki soyqırım, işgəncə və talanda iştirak edən Vaqif Xaçatryan 32 ildən sonra – 29 iyul 2023-cü ildə “Laçın” postunda yaxalanaraq, Bakıya gətirilib.

Tarix
2023.08.01 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla