Yuxarı

Ukrayna dronları Moskvaya qədər necə uça bilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna dronları Moskvaya qədər necə uça bilir?

Moskvaya dron hücumlarının artmasını Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələrinə cavab reaksiyası kimi dəyərləndirmək olar. Kiyev bu hücumlara görə məsuliyyəti öz üzərinə götürmür. Əməliyyat zonasından yüzlərlə kilometr uzaqda yerləşən Moskvaya dron vasitəsi ilə hücumların təşkili isə suallar yaradır.

Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Moskva şəhərinə artan PUA hücumları ilə bağlı danışarkən deyib.

“Ağıla ilk olaraq gələn fikir budur ki, hücumlar Ukrayna ərazisindən təşkil edilir. Lakin Rusiya hava hücumundan müdafiə sistemlərinin min kilometr məsafə uçaraq, paytaxta qədər gələn PUA-ları erkən trayektoriyada aşkarlaya bilməməsi qəribə görünür. Odur ki, bu hücumların Rusiya ərazisində nəzarətin zəif olduğu məntəqələrdən həyata keçirilməsi ehtimalı da nəzərə alınmalıdır”, - Verdiyev bildirib.

Ekspertin sözlərinə görə, hücumların təşkilində məqsəd psixoloji təzyiq yaratmaqdır:

“Bu hücumların miqyası və hədəfə zərbə endirməsi Ukrayna ordusu üçün müharibədə ciddi üstünlük vəd etməz. Amma Moskvada yaşayan mülki əhali arasında panika, iğtişaş yarada bilər. Yəni hərbi əməliyyatların aparıldığı ərazidən bu qədər uzaq məsafədə təşkil olunan hücumlar Rusiyaya qarşı psixoloji təsir göstərməkdir. Bu, ictimaiyyətə Ukrayna üçün Rusiya ərazisində istənilən obyektin əlçatan olmasına dair mesajlar ötürmək məqsədi ilə həyata keçirilir”.

Hərbi ekspert qeyd edib ki, hücum edən PUA-larla bağlı məlumatlar az olduğundan onların tipini müəyyən etmək çətindir:

“Bu dronların markası açıqlanmır. Görüntüləri də mövcud olmadığına görə onların hansı tipə aid olduğunu təyin etmək mümkün deyil. Yalnız Moskva meri Sergey Sobyaninin verdiyi məlumatlardan bu PUA-ların zərbə dronları olduğunu təxmin etmək olar”.

Tarix
2023.08.10 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla