Yuxarı

M.Ə.Rəsulzadə Türkiyədə anılacaq – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
M.Ə.Rəsulzadə Türkiyədə anılacaq – Rəsmi

Ankarada Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.

Bu barədə "Axar.az"a Azərbaycanın Türkiyədəki səfirliyinin Mətbuat Xidmətinin rəhbəri Elsəvər Salmanov məlumat verib.

O, tədbirdə əsasən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin iştirak edəcəyini bildirib. Mətbuat katibi eyni zamanda Türkiyədə təhsil alan tələbələrimizin də burada olacaqlarını qeyd edib.
"Tədbirə Azərbaycandan Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Sabir Rüstəmxanlı, Yaqub Mahmudov və Tamerlan Axundov qatılacaqlar. Türkiyədən kimin tədbirdə iştirak etməsinə hələ qərar verilməyib. Sabah bunlar haqqında dəqiq məlumat veriləcək".

Qeyd edək ki, bu gün - 31 yanvarda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin qurucularından olan böyük öndər Rəsulzadənin 130 illik yubileyi dövlət səviyyəsində keçirilir.

Tarix
2014.01.31 / 00:03
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla