Yuxarı

Arutyunyan "istefa" verir, yeni separatçıbaşı o olacaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arutyunyan "istefa" verir, yeni separatçıbaşı o olacaq...

11:48

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərindəki separatçıların rəhbəri Araik Arutyunyanın "istefa" verəcəyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə "Hraparak" öz mənbəsinə istinadla yazıb.

İddia edilib ki, separatçı dəstənin "dövlət naziri" Qurgen Nersisyan da "istefa" verir. "İstefalar" iki saat müddətində açıqlanacaq.

Arutyunyanın "səlahiyyətini" separatçı dəstənin "təhlükəsizlik şurası katibi" Samvel Şahramanyana keçəcəyi də bildirilir.

Erməni bloger Mikael Badalyan da özünün Teleqram kanalında qeyd edib ki, onda olan məlumata görə, bu axşama qədər “artsax”ın və Araik Arutyunyanın “prezident” kimi taleyi ilə bağlı mühüm qərarların qəbul edilməsi ehtimalı yüksəkdir.

“Araik və Samvel Babayan Ağdam-Xankəndi yolunun açılması üçün lobbiçilik edir, qalanları isə bu cür güzəştlərin əleyhinədir”, - Badalyan bildirib.

Tarix
2023.08.31 / 11:57
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla