Yuxarı

MTRŞ: “Bayramdan sonra yoxlayacağıq…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: “Bayramdan sonra yoxlayacağıq…”

Bayram günləri adətən əyləncəli efir materiallarına üstünlük verilir, bu hal isə yaxşıdır.

Bu sözləri Axar.az-a MTRŞ-nin Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bayram günləri efirdə yayımlanan əyləncə verilişlərindən danışarkən deyib.

O, bayram efirinə iradlarını da bildirib:

"Bayram əhval-ruhiyyəli xarici filmlər, o cümlədən milli filmlər, cizgi filmləri nümayiş etdirilir. Amma çox təəssüf ki, yenə də həmişəki milli filmlərin yayımlandığı müşahidə olunur. Əslində bu, kanalların günahı deyil, ayrı və ciddi bir problemlə bağlıdır.

O da müşahidə olunur ki, imkan daxilində bütün yaşlardan olan tamaşaçı auditoriyası nəzərə alınır. Bayram günləri üçün nəzərdə tutulmayan verilişlərin də əksəriyyətinə bayram əhval-ruhiyyəsi qatılıb. Bayramdan sonra isə bu günlərdə konkret ciddi qanun pozuntularının olub-olmaması yoxlanılacaq.

İnanırıq ki, qanun pozuntuları müşahidə edilməyəcək. Əslində, yayımçıların əziyyətini də dəyərləndirmək gərəkdir. İnsanlar istirahət edərkən, TV işçiləri onlar üçün əziyyət çəkir".

Tarix
2016.01.02 / 17:57
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla