Yuxarı

FHN-dən Gürcüstana gedənlərlə bağlı - Məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-dən Gürcüstana gedənlərlə bağlı - Məlumat

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın maneəsiz hərəkət etməsi üçün tədbirlər həyata keçirir.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. "Mazınçay" sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

Tarix
2016.01.03 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla