Yuxarı

Biz niyə silahlanmalıyıq, axı?!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 yanvar tarixində Sarkisyan Çexiya Prezidenti Miloş Zemanla görüşəndə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Məsələn, deyib ki, danışıqlar prosessin dalana dirənməsinin səbəbi Azərbaycanın silahlanma yarışı aparması və hərbi ritorikadan əl çəkməməsidir.

Bu fikirlərin doğruluğunu və tərəflər baxımından nə qədər təsirli olduğunu təhlil edə bilərik.

Bəli, Azərbaycan Respublikasının illik dövlət büdcəsinin hərbi xərclərə aid olan hissəsi Ermənistanın bütün dövlət büdcəsindən çoxdur, 4 milyard dollara yaxındır. Azərbaycan öz hərbi sənayəsini artırdığı kimi (2013-cü ildə 790-dan çox növdə hərbi məhsullar istehsal olunub), Türkiyə və İsrail kimi dövlətlərlə ortaq hərbi məmulat istehsal etdiyi kimi, Ukrayna, Belorusiya, Rusiya və İsrail kimi dövlətlərdən hər il toplam dəyəri 1 milliard ABŞ dollarını keçən silahlar da alır.

Heç şübhəsiz, Azərbaycan dövlətinin bunu həyata keçirə bilməsinin arxasında ölkədə müşaiyət olunan iqtisadi artım, xüsusilə, neft qəlirləri müstəsna rol oynayır. Ermənistanın bu imkanları yoxdur, iqtisadiyyatı və demoqrafik vəziyyəti olduqca pisdir, illik dövlət büdcəsi 3 milyard ABŞ dollarını keçmir. Belə bir vəziyyətdə bədnam qonşumuz sosial problemərini belə həll edə bilmir.

Lakin hamisi olan Rusiya Ermənistan ilə Azərbaycan arasındaki hərbi balansı öz məqsədləri doğrultusunda qorumağa çalışır. Bəzən Ermənistana silah satır, bəzən bağışlayır, bəzən də həmin ölkədə olan 102-ci hərbi bazasını gücləndirir. Belədirsə, Ermənistan niyə təşvişə düşüb?

Məsələ budur ki, Ermənistana bu hərbi yardım onun müstəqilliyi bahasına başa gəlir. Ermənistan həm xarici siyasətində sərbəst deyil, həm xarici və daxili borclanmalarla üz-üzədir, həm regiondaki infrastruktur lahiyələrindən kənarda qalır, həm də Rusiyaya olan borclardan dolayı öz iqtisadiyatının müxtəlif sahələrini rus şirkətlərinə satmağa məcbur olur. Halbuki bu asılılıq vəziyyəti olmasa idi, Ermənistan daxili sosial və iqtisadi vəziyyətini düzəldə bilərdi.

Bəli, Azərbaycanın daim silahlanması Ermənistanı da buna vadar edir, lakin bu, Ermənistanın tükənməsi hesabına başa gəlir. Deməli, dövlətimizin silahlanma siyasəti işğalçı düşməni çökərtmə adına düzgün atılan bir addımdır.

Sarkisyanın dilə gətirdiyi digər məsələ Azərbaycan tərəfindən səsləndirilən hərbi ritorikadır. Burada İkinci Dünya Müharibəsində istifadə olunan vasitələri yada salmaq istəyirəm. Hətta döyüşlərin aparıldığı zamanlarda belə qarşı tərəflər bir-birinin əsgəri və mülki əhalisinə qarşı aqitasiya işini həyata keçirirdi. Bunda məqsədi əsgərləri ruhdan salmaq, mülki əhalinin isə qarşı tərəfə simpatiyasının yaranması və əməkdaşlığa getməsini təmin etməkdi. Bunu radio yayımla, təyyarələrdən kağızların atılması ilə həyata keçirirdilər. Bu metodlardan istifadə olunmalıdır. Erməni dilində yayılan radio və TV verilişlərində Azərbaycan xalqının erməni xalqına düşmən kimi baxmadığı, bizim problemimizin Sarkisyan hökuməti və şovinist ünsürlərlə olduğu, Azərbaycanın daim inkişaf etdiyi və çiçəkləndiyi, ermənilərə qucaq açmağa hazır olduğu təbliğ edilməlidir. Ermənistanda pasifist və sülhpərəst hərəkətlər, xarici donorlar qrantlarla dəstəklənməli, Ermənistan cəmiyyətinə Azərbaycanla sülhün zərurəti aşılanmalıdır.

Tarix
2014.01.31 / 14:02
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla