Yuxarı

İngilislərin Tofiq Bəhramova qızıl borcu təsdiqləndi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngilislərin Tofiq Bəhramova qızıl borcu təsdiqləndi - Video

Britaniyanın "Skay Sports" kanalı İngiltərə yığmasının dünya çempionluğunun 50 illiyinə həsr olunmuş 50 saatlıq layihəni təqdim edib. 1966-cı ildə "Uembli" stadionunda keçirilmiş final matçında ingilislər Almaniya Federativ Respublikasını əlavə vaxtda 4-2 hesabı ilə məğlub etmişdi.

Oyun Ceffri Herstin het-triki ilə yadda qalıb. Lakin bu günə qədər unudulmayan və mübahisə mövzusuna çevrilən məqam hesab bərabər olarkən vurulan qoldu.

Əlavə vaxtın 11-ci dəqiqəsində Herstin zərbəsindən sonra top tirin aşağı hissəsinə düşdü. Görüşün baş hakimi Qotfrid Dinst şübhələnərək yan xətti hakimi Tofiq Bəhramova müraciət etmişdi. Həmyerlimiz isə qətiyyətlə topun qapı xəttini keçdiyini bildirmişdi.

Bütün dünyada azarkeşlər indiyədək bu mübahisəli epizod barədə danışırlar. Nəhayət ki, həmin məqama aydınlıq gəlib. "Skay Sports" müasir texnologiyaların köməyilə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirib.

Kanalın daimi ekspertləri Ceymi Karrager və Ed Çemberlen epizodu dəqiqliyinə qədər təhlil ediblər. Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovu haqlı çıxarıb.

"Texnologiya vasitəsilə birdəfəlik sübuta yetirdik ki, həmin epizodda top qapı xəttini keçib. Bu isə o deməkdi ki, laynsman Tofiq Bəhramovun qərarı doğrudu. Almanlar həmin qolla bağlı bir daha şikayətlənə bilməzlər", - Ceymi Karrager deyib.

Dsport.az

Tarix
2016.01.05 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla