Yuxarı

Komitə gömrükdə bu prosedurları sadələşdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə gömrükdə bu prosedurları sadələşdirdi

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib.

Axar.az Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə" elektron xidmətini Elektron Hökumət Portalına inteqrasiya edib.

Bununla əlaqədar, komitənin internet saytının "Müraciətlər" bölməsi və "Çağrı mərkəzi" vasitəsilə müraciət edən vətəndaşları maraqlandıran sualları Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev cavablandırıb: "Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşaiyət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən onlayn qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə biləcəklər".

Qeyd edək ki, vətəndaşların sərhəddən keçidini daha da rahat etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində xüsusi "GÖMRÜK" köşkləri quraşdırılıb ki, bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməsini doldura bilər, gömrük qanunvericilik bazası ilə tanış ola bilər və səyahətçilər üçün lazım olan gömrük nəzarəti ilə bağlı tələb olunan qaydalar ilə tanış ola bilərlər.

Tətbiq olunan yeni xidmət "vətəndaş-məmur" təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsini, həmçinin gömrük sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.

Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd gömrük-keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib.

Tarix
2016.01.05 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Foto

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla