Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Gərginlik artır: İran Hörmüzə görə savaş açır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Hörmüz boğazı uğrunda özünün təkbaşına hüququnu müdafiə etmək niyyətindədir.

Bu barədəAxar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin daha da dərinləşəcəyini deyib:

"Hörmüz boğazı uğrunda mübarizə uzun illərdir davam edir. Tehran bu boğazı özününkü sayaraq İran körfəzinin davamı kimi qəbul edir. Buna görə də bütün hüquqların İrana mənsub olduğunu iddia edir. Türkiyənin Bosfor və Dardanel boğazları kimi Hörmüz də əslində beynəlxalq bir körfəzdir. İndi məsələ təkcə Hörmüzlə bağlı deyil. İş orasındadır ki, şiə İranı ilə sünni Səudiyyə Ərəbistanı hazırda bütün müsəlman dünyasına liderlik iddiaları üçün ayağa qalxıblar. Bu məsələni qızışdıran ilk addımı isə İran atıb. İran məhz Yəməndəki husilərin ayağa qalxmasında müəyyən rol oynayıb və bu ölkənin prezidentinin qaçmasına nail olub. Düzdür, Səudiyyə sonradan vəziyyəti ələ alsa da, Yəmən uğrunda mübarizə davam edir".

Politoloqun sözlərinə görə, İranla Səudiyyə arasındakı mübarizənin ikinci məqsədi məhz müqəddəs yerlər uğrundakı hüquqların ələ keçirilməsindən ibarətdir:

"Bu məsələ uzun müddətdir ki, mübahisə mövzusudur. Artıq münasibətlər çox gərginləşib. İran Hörmüz boğazı uğrunda özünün təkbaşına hüququnu müdafiə etmək niyyətindədir. Ancaq Amerikanın təyyarədaşıyan böyük bir gəmisi bu boğazdadır. Eyni zamanda, Bəsrə körfəzində də ABŞ-ın hərbi bazası var. Yəni İran hərbi əməliyyatlara başlamaq niyyətində ola bilməz".

Q. Hüseynli bildirib ki, Səudiyyənin hərbi-texniki imkanları İranı vurmağa kifayət edir:

"Qoşunlarının sayına görə, üstünlük İranda olsa da, Səudiyyə ABŞ-ın ən müasir hücum silahlarına və raket texnikasına malikdir. Səudiyyənin texniki imkanları İranı vurmağa kifayət edir. Ancaq İran Səudiyyəyə savaş açarsa, bu, bütün müsəlman dünyasını ayağa qaldıra bilər. Gedişat göstərir ki, Səudiyyə ilə İran arasındakı gərginlik uzun illər davam edəcək və düşmənçilik daha da dərinləşəcək. Bir sözlə, müharibə variantı hələ ki ən son çıxış yolu olaraq qalır".

Tarix
2016.01.06 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla