Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2019


Avropa qəzet formasını ilk dəfə İrana gətirən - Rəsulzadə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Və­tə­nə tən Və­tən­daş

Başlıqdakı sonuncu sözün axırıncı hecasının ilk hərfini "b" kimi də oxumaq olar...

Çünki söhbət ilk Cüm­hu­riy­yət növ­ra­ğı­mı­zın, bir da­ha en­mə­yə­si bayrağımı­zın ba­ni­sindən - Mə­həm­məd Əmin Rə­sul­za­dədən gedir!

Bö­yük mil­li si­ya­sə­tin özü də bir ya­ra­dı­cı­lıq. Da­hi si­ya­sət­çi­li­yin özü də bir sə­nət­kar­lıq. İn­tə­ha­sı bu gö­rəv, bu gö­rəv­li­lər "a­bo­ri­gen" sə­nət və sənətkarlıq­dan elə sə­nət və si­ya­sət sa­hə­lə­ri qə­dər fərq­lə­nir. Bun­lar ev­lər­də, ema­lat­xa­na­lar­da, mey­dan­ça­lar­da yox, çöl-ba­yır­lar­da, mey­dan­lar­da, yolüstü-"a­tüs­tü" çək-çe­vir­lər­də, kö­nül­lü-kö­nül­süz sə­fər-sər­ni­şin­lik­lər­də, qa­da­lı-qan­dal­lı həbs­lər­də, sür-sür­gün­lük­lər­də, ai­lə-uşaq həs­rət­lə­rin­də, hətə­rən-pə­tə­rən din­dir­mə­lik­lər, tər­ki-və­tən­lik­lər­də və... bü­tün bun­la­rın ən ağı­rı, ən ali­si - "mil­li ar­zu-ama­lım vüsala yetəcəkmi?" is­ti­xa­rə­lə­rin­də ya­şa­yıb-ya­ra­dır­lar...

Gözünü dünyaya yüz otuz il əv­vəl bu gün - yan­va­rın 31-də ba­la­ca Novxanı kən­din­də açıb, əl­li doq­quz il bun­dan ön­cə An­ka­ra­da üç kə­rə "Azər­bay­can!.."- de­yi­bən yum­muş Mə­həm­məd Əmin Rə­sul­za­də - təpədən-dır­na­ğa mil­li-mə­nə­vi əsil­za­də, əzə­li-əbə­di­za­də - yu­xa­rı­da ümumob­raz­laş­dır­ma­ğa ça­lış­dı­ğım fe­no­me­nal şəx­siy­yət­lər­dən­dir. Am­ma onu dün­ya­nın si­ya­sət və döv­lət­çi­lik az­man­la­rı içə­ri­sin­də seç­kin­ləş­di­rən bir-iki ştrix də var­dır ki, bun­lar­dan bi­ri - bu işə da­ha er­kən (12-13 yaş­la­rın­dan) baş­la­yan Şah İs­ma­yıl Xə­tai is­tis­na edil­mək­lə, qar­şı­da­kı əl­li üç il­lik mil­li mü­cadilə yo­lu­na 18 ya­şı­nın na­ta­ma­mın­da qə­dəm qoy­ma­sı­dır. Onun 1902-ci il­də ya­rat­dı­ğı "Mü­səl­man gənc­lik təş­ki­la­tı" XX əsr Azər­bay­ca­nın­da Ru­si­ya müs­təm­lə­kə üsul-ida­rə­si­nə qar­şı mü­ba­ri­zə ma­hiy­yət­li ilk si­ya­si təş­ki­lat olub.

O­nun - bö­yük Tu­ran və mü­səl­man area­lın­da qur­du­ğu ilk müs­tə­qil-de­mok­ra­tik res­pub­li­ka əha­li­si­nin ic­ti­mai-si­ya­si hə­bib-tə­bi­bi­nin, mil­li-mə­nə­vi hə­ki­mi­nin -

Si­ya­si kim­li­yi

Hər kə­sin cin­si-bio­lo­ji oyanış fəslində, "ilk mə­həb­bət­"ə uğ­ram ya­şın­da, təbii se­vib-se­vil­mə möv­sü­mü ça­ğın­da Azad Və­tən Bəy­li­yi­ni se­çən bu mil­li Aşiq ilk gənc­lik yaş­la­rın­dan öz ic­ti­mai-si­ya­si tə­fək­kü­rü ilə nəin­ki as­ta­gəl mil­li-is­tiq­lal in­qi­lab­çı­la­rı­nı, üç-dörd il son­ra nəş­rə baş­la­ya­sı "Mol­la Nəs­rəd­din" jur­na­lı sə­hi­fə­lə­rin­də­ki "gər­nəş­kən" küt­lə­lə­ri, hət­ta ən "xod" gedən so­sia­lizm "re­vol­yut­sio­ner"­lə­ri­ni də ak­tiv­ləş­di­rir, on­la­rın - mürtəceli­yi ça­rizm­dən də ötə ol­du­ğu iki-üç onil­lik son­ra bi­li­nə­si so­ve­tizm-so­sia­lizm eşa­lo­nu­na trans­fer olun­ma­sı­na "si­ya­si pro­vad­nik"­lik edir­di. Mə­sə­lən, Ru­si­ya So­sial-De­mok­rat Fəh­lə Par­ti­ya­sı Ba­kı ko­mi­tə­si­nin "Müsəlman so­sial-de­mok­rat "Hüm­mət" təş­ki­la­tı" Mə­həm­məd Əmi­nin 1904-cü ildə hü­quq-ni­zam­na­mə­vi cə­hət­dən çox mü­kəm­məl şə­kil­də tər­tib və təş­kil et­di­yi "Mü­səl­man de­mok­ra­tik "Mü­sa­vat" cə­miy­yə­ti"n­dən yararla­na­raq ya­ra­dıl­mış­dı. Hə­min il­lər­də Ba­kı­nın fəh­lə-in­qi­lab bum­lu neft mə­dən­lə­ri­nə, Azər­bay­ca­nın ya­xın-uzaq qə­za­la­rı­na müx­tə­lif in­ti­bah­na­mə və qə­zet­lə­rin (na­şir­lə­rin­dən bi­ri ol­du­ğu "Hüm­mət", "Tə­ka­mül" də da­xil) gön­də­ril­mə­si də Mə­həm­məd Əmin­lik iş­lər­dən idi. Onun 23 ya­şın­da ikən (1907) in­qi­lab­çı fəh­lə Xan­lar Sə­fə­rə­li­ye­vin Bi­bi-Hey­bət­də dəf­ni ilə əla­qə­dar ke­çi­ri­lən izdiham­lı mə­ra­sim­də et­di­yi alov­lu nit­qi isə (son­ra­dan onu həbsxa­na­dan azad et­di­rib özüy­lə Mosk­va­ya apar­sa da, ömür­lük mühacirət dus­taq­lı­ğı­na məhkum et­miş) Sta­li­ni də məf­tun (öz nit­qi ilə müqa­yi­sə­də isə məh­zun) et­mişdi. O, bu can­lı mür­tə­ce, bən­zər­siz şər-xa­ta Stalinlə ta­nış­lıq­dan bir müd­dət son­ra - 1908-ci il­də çar xə­fiy­yə­si tə­rə­fin­dən həb­s o­lun­ma təh­lü­kə­si­lə üz­lə­şər­kən Azər­bay­ca­nı tərk edib İra­na yol­la­nır və ora­da o tay­lı əx­laq-əqi­də, məs­lək-məz­həb qar­da­şı ilə - Sət­tar­xan­la ta­nış olur.

Cə­nu­bi Azər­bay­ca­nın şə­hər və kənd­lə­ri­ni gə­zib, otay­lı doğ­ma xal­qı­nın acına­caq­lı və­ziy­yə­ti­ni ya­xın­dan mü­şa­hi­də (və son­ra­lar bun­lar­dan ədə­bi ya­ra­dı­cı­lı­ğın­da is­ti­fa­də) edən M.Ə.­Rə­sul­za­də Av­ro­pa təh­si­li gör­müş bir qrup İran zi­ya­lı­sı ilə bir­lik­də 1910-cu ilin sent­yab­rın­da İran De­mok­rat Parti­ya­sı­nın əsa­sı­nı qo­yur, "İra­ne No­u" və "İra­ne Ahat" qə­zet­lə­ri­nin baş redak­to­ru olur, say­sız mə­qa­lə­lər, şe­ir və pub­li­sis­tik ya­zı­lar çap etdirir. Son­ra­lar Se­yid Hə­sən Ta­ğı­za­də onun xa­ti­rə­si­nə həsr et­di­yi nek­ro­loq­da yaza­caq­dı: "Mo­dern Av­ro­pa qə­zet for­ma­sı­nı ilk də­fə İra­na gə­ti­rən M.Ə.Rəsul­za­də ol­ub".

İ­ran­da­kı Məş­ru­tə­dən qor­xu­ya dü­şən çar hö­ku­mə­ti bu in­qi­la­bın rəhbərlərin­dən bi­ri olan M.Ə.­Rə­sul­za­də­nin öl­kə­dən çı­xa­rıl­ma­sı­nı Şah höku­mə­tin­dən tə­ləb edir və Mə­həm­məd Əmin tə­qib­lər­dən ya­xa qurtarmaq üçün 1911-ci ilin ma­yın­da İs­tan­bu­la ge­dir. Os­man­lı paytaxtında məş­hur həm­yer­li­lə­ri Əli bəy Hü­seyn­za­də və Əh­məd bəy Ağayev­lə gö­rü­şür, Yu­sif bəy Ak­çu­ra, Zi­ya Gö­yalp və baş­qa gör­kəm­li alimlər­lə si­ya­si-ir­fa­ni əla­qə­lər qu­rur, "Gənc türk­lər" təş­ki­la­tın­da, "Türk oca­ğı" cə­miy­yə­tin­də ça­lı­şır, "Türk yur­du" jur­na­lı­nın fə­al ya­zar­la­rın­dan bi­ri olur. İs­tan­bul­da öz tək­lif və gös­tə­ri­şi­lə keç­miş "Hüm­mət"­çi­lər tə­rə­fin­dən əsa­sı qo­yu­lan (1911) "Mü­səl­man de­mok­ra­tik Mü­sa­vat par­ti­ya­sı"­na da­xil olur və tez­lik­lə bu si­ya­si təş­ki­la­ta rəh­bər se­çi­lir. Bu il­lər­də çox gər­gin, sanbal­lı və çox ge­niş ədə­bi-pub­li­sis­tik fəa­liy­yət­lə də məş­ğul olan M.Ə.Rəsul­za­də lap son­da o dövr qə­zet­lə­rin­də dərc olu­nan çar fər­ma­nı ilə həs­rət do­lu 5 il­lik məc­bu­ri mü­ha­ci­rət­dən qur­tu­lur. Onun doğ­ma Və­tə­nə qa­yı­dı­şıy­la nə­ti­cə­lə­nən o fər­man­da­kı ifa­də­lə­rin məğ­zi üç­cə hərf­dən iba­rət bir söz­də idi: -

Əfv

Bə­li, 1913-cü il­də Ro­ma­nov­lar sü­la­lə­si­nin 300 il­li­yi ilə əla­qə­dar ümu­mi əfv elan olu­nur və Rə­sul­za­də Ba­kı­ya qa­yı­dır. 1917-ci il­in fev­ral bur­jua inqilabından bir ay sonra Rə­sul­za­də­nin re­dak­tor­lu­ğu ilə nəşr olu­nan "Açıq söz" qə­ze­ti ya­zır­dı:

"Şim­di­yə qə­dər qa­yə­miz, ama­lı­mız mə­lum ol­ma­yan, hü­rriy­yət nə­dir, təşki­lat nə­dir bil­mə­yən və ümu­mi mil­lə­ti­mi­zə dəs­tur ola­caq mil­li və si­ya­si proq­ra­mı­mız bu­lun­ma­yan, bu­lun­sa da min­dən bi­ri­mi­zin be­lə xə­bə­ri olmayan biz türk­lər müd­hiş in­qi­lab tu­fan­la­rı içə­ri­sin­də kom­pas­sız or­ta­da qal­dı­ğı­mız­dan ha­ra ge­dib çır­pın­ma­ğı, han­sı tə­rə­fə vur­nux­ma­ğı bil­mə­yib, cə­miy­yət­lə­ri­miz də di­va­nə­lər dəs­tə­si ki­mi bo­ğaz-bo­ğa­za gəl­mi­şik".

...Və­tən bu gün­də, və­tən­daş M.Ə.­Rə­sul­za­də isə Ba­kı­da ça­ğı­rı­lan Qaf­qaz mü­səl­man­la­rı­nın qu­rul­ta­yın­da Ru­si­ya­nı fe­de­ra­tiv şə­kil­də təş­kil et­mək haq­qın­da qə­rar çı­xar­ma­ğı tək­lif etmədə...

Qu­rul­tay­da həm­çi­nin "A­zər­bay­can qa­yə­si" mə­sə­lə­si or­ta­lı­ğa atı­lır. Hə­min ilin ma­yın­da maa­rif­pər­vər Azər­bay­can var­lı­la­rın­dan Şəm­si Əsə­dul­la­ye­vin Mosk­va mü­səl­man xey­riy­yə cə­miy­yə­ti­nə ba­ğış­la­dı­ğı əzə­mət­li bi­na­da Rusi­ya mü­səl­man­la­rı­nın qu­rul­ta­yı açı­lır və Rə­sul­za­də­nin "Türk-ta­tar­lı­ğı, Tür­küs­tan, Qa­za­xıs­tan, Baş­qır­dıs­tan və Azər­bay­can-Da­ğıs­tan ki­mi bir neçə mux­ta­riy­yət­dən iba­rət ola­caq gə­lə­cək Ru­si­ya­nı fe­de­ra­tiv şə­kil­də qurmaq" tək­li­fi səs çox­lu­ğu ilə qə­bul edi­lir.

Bu dövr­də Rə­sul­za­də özü­nün "Cə­maət ida­rə­si", "Bi­zə han­sı hö­ku­mət fayda­lı­dır?" ki­tab­la­rı­nı çap et­di­rir, Mosk­va mü­səl­man qu­rul­ta­yın­da­kı məru­zə­si (Ə.­Sa­li­ko­vun çı­xı­şı ilə bir­lik­də) "Şək­li ida­rə haq­qın­da iki ba­xış" adı al­tın­da çap olu­nur. Hə­min ilin okt­yab­rın­da ke­çi­ri­lən qu­rul­tay­da Rə­sul­za­də "Mü­sa­vat­"ın səd­ri se­çi­lir. Bun­dan son­ra Ba­kı­da və Azər­bay­ca­nın bütün qə­za­la­rın­da "Azər­bay­ca­na mux­ta­riy­yət" şüa­rı al­tın­da mil­li hə­rə­kat baş­la­nır və hə­min dövr ta­ri­xə "Mil­li Azər­bay­can hə­rə­ka­tı" ki­mi da­xil olur.
O­nun fəa­liy­yət alə­mi­nin ge­niş­li­yi müasir mətbu sə­hi­fələri, "sarı" eşq-məhəbbətlər, fiziki-mənəvi kriminallıqlarla dolu saytlar və müa­sir oxu­cu höv­sə­lə­si ilə qey­ri-mü­tə­na­sib ol­du­ğun­dan "bir­nə­fə­sə da­nış­maq" ifa­də­sində­ki məs­də­ri "yaz­maq"­la əvəz­lə­yirəm: O, 1917-ci ilin pa­yı­zın­da Ru­si­ya par­la­men­ti­nə Azər­bay­can və Tür­küs­tan­dan mil­lət və­ki­li se­çi­lir, 1918-in ma­yın­da da­xi­li frak­si­ya­la­rın çə­kiş­mə­lə­ri nə­ti­cə­sin­də ləğv olu­nan Zaqafqazi­ya sey­mi­nin mü­səl­man frak­si­ya­sın­da­kı müx­tə­lif par­ti­ya­la­rın üzv­lə­rin­dən iba­rət Azər­bay­can Mil­li Şu­ra­sı ya­ra­nır, Rə­sul­za­də sədr seçilir... və 1918-ci il ma­yın 28-də Azər­bay­can is­tiq­la­liy­yə­ti elan olu­nur!

Ə­də­biy­yat, mə­də­niy­yət fəa­liy­yə­ti

O­nun ədə­bi-bə­dii ya­ra­dı­cı­lı­ğı, pyes­lə­ri, alov­lu pub­li­sis­ti­ka­sı nə danışmaqla qurtarandır, nə yaz­maq­la. Yax­şı olar­dı da­ha qı­sa nüans­la­ra toxu­naq. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ya­ran­ma­sı Rə­sul­za­də­nin adı ilə bağlı­dır. Bu mə­sə­lə ət­ra­fın­da o, bir ne­çə də­fə Azər­bay­can Par­la­men­tin­də çı­xış (və qə­ti tə­ləblər) e­dib. Uni­ver­si­te­tin ilk rek­to­ru ol­muş pro­fes­sor V.Razu­movs­ki 1922-ci il­də çap et­dir­di­yi "Ba­kı şə­hə­rin­də uni­ver­si­te­tin əsası­nın qo­yul­ma­sı" ad­lı xa­ti­rə oçer­kin­də ilk ali təh­sil oca­ğı­mı­zın "M.Ə.Rə­sul­za­də­nin sa­yə­sin­də, onun gü­cü, maa­rif­çi­lik kö­mə­yi" hesabına ya­ra­dıl­dı­ğı­nı ya­zır.

...O isə or­da-bur­da onu bur­jua xa­di­mi ki­mi dam­ğa­la­ma­ğa ça­lı­şan­la­ra cavab ola­raq ya­zır­dı: "Mən ka­sıb­çı­lıq üzün­dən ali təh­sil də ala bilməmişəmsə, öz pu­lu ilə Ru­si­ya­da və Qər­bi Av­ro­pa­da təh­sil alıb, bu gün özü­nü sə­da­qət­li bol­şe­vik ki­mi qə­lə­mə ve­rən siz­lə­ri nə ad­lan­dır­maq olar?!."
Təb­riz­də dün­ya­ya gəl­sə də, əs­lən or­du­bad­lı - M.Ə.­Rə­sul­za­də ilə bir­lik­də İran məş­ru­tə in­qi­la­bı­nın əsas rəh­bər­lə­rin­dən bi­ri, son­ra­lar İra­nın ən görkəm­li döv­lət xa­di­mi, dip­lo­ma­tı və ali­mi sa­yı­lan Se­yid Hə­sən Ta­ğı­za­də isə "Sü­hən" jur­na­lın­da onu be­lə ad­lan­dı­rır­dı:

"Rə­sul­za­də, bü­tün öm­rü bo­yun­ca, Şərq dün­ya­sın­da ta­yı­na rastlaşmadığım, mü­ba­liğə­siz söy­lə­yə bi­lə­cə­yim föv­qə­la­də na­dir insanlardan bi­ri idi. Mə­həm­məd Əmin bəy tər­bi­yə­li, qüv­vət­li və sağ­lam mən­tiq sa­hi­bi, tə­miz qəl­bi, doğ­ru sö­zü, mə­ta­nə­ti, tam mə­na­sıy­la dü­rüst, fikir və yo­lu­na də­rin bir iman bəs­lə­yən fə­da­kar, mü­ca­hid və ör­nək bir insan­dı. Be­lə­lə­ri­nə zə­ma­nə­miz­də və hə­lə bi­zim tə­rəf­lər­də rast gəl­mək müm­kün de­yil".

...Və son (?)

O­nun gör­dü­yü ümum­mil­li iş­lə­rin, saç­dı­ğı trans­mil­li dü­şün­cə­lə­rin, yaz­dı­ğı ic­ti­mai çə­ki­li, si­ya­si siq­lət­li, el­mi-po­pul­yar, in­for­ma­tiv-pub­li­sis­tik məqalələ­rin, ədə­bi-bə­dii əsər­lə­rin, rəs­mi döv­lət tri­bu­na­la­rı və xəl­qi yığıncaq­lar­da et­di­yi çı­xış­la­rın, həbs­xa­na­da ke­çir­di­yi, məx­fi "sərnişin"liklər­də si­nir­di­yi, döv­ri-föv­ri mü­ha­ci­rət­lik­lər­də, le­qal və qey­ri-le­qal di­ssi­dent­lik­lər­də ya­şa­dı­ğı hiss­lə­rin oçerk-pan­no­su nəin­ki bəndənizin qələminə, heç sözügedən canlı universiadanın bir vaxtlar re­dak­to­ru olduğu ne­çə-ne­çə qə­zet-jur­nal sə­hi­fə­lə­ri­nə də sığ­maz de­yə, son­da qəlbimdə - və­tən­se­vər­li­yi­mi­zin ümu­ma­bi­də­si sa­nı­la­sı bəl­li bir ba­ya­tı­mız­da du­al-sual­lı bir re­konstruk­si­ya eh­ti­ya­cı boy atır:

Sev­mə­yə doğ­ma Və­tən,
Öl­mə­yə qür­bət yax­şı?..

Tarix
2014.01.31 / 18:05
Müəllif
Tahir Abbaslı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əliyev və Paşinyanın “bədən dili”: Ekspert analizi - Video

Nazirliklərin “kölgə” işçiləri: onlar niyə saxlanılır?

Maduro niyə devrilir? – “İnqilab” Amerikaya çatdı

Zamirə Hacıyeva və Avropada "investor vizası" həyəcanı

İkitərəfli təmaslar: “Böyük sülh”ə kimlər mane olur? – Şərh

Qarabağ klanı Davos görüşündən niyə narahatdır?

Erməni ekspertdən Qarabağ açıqlaması: Ən qısa zamanda...

Ankara ilə Moskva arasında tarix yaşanır – İsti şərh

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı

Qərəzli monitorinq: Qeyri-peşəkarlıq, yoxsa...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla