Yuxarı

Amansızlıqla öldürülən sahibkar məşhur avtoritetin adamı olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda amansızlıqla qətlə yetirilən sahibkar qadının məşhur avtoritetlə əlaqələrinin olduğu üzə çıxıb.

Axar.az-a verilən məlumata görə, öldürülən "Jevelleri" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə "Atbaş" ləqəbi ilə tanınan avtoritet İlqar Cəbrayılovun yaxın adamı olub.

2012-ci ilə qədər İ.Cəbrayılov M.Namədzadənin himayəçisi kimi tanınıb. Məşhur avtoritet "Ded Xasan" klanının tanınmış azərbaycanlı üzvü olub.

O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. Həmçinin, klanda azərbaycanlılardan ibarət qruplaşmaya məsul şəxs təyin olunmuşdu.

2012-ci ildə "Ded Xasan"ın qətlindən bir neçə ay sonra "Atbaş" da öldürülüb. 52 yaşlı İ.Cəbrayılov Moskvanın "Presnenskiy val" adlanan ərazisində qətlə yetirilib.

Moskva İstintaq Komitəsinin məlumatında ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb. O, Bakıdakı Yasamal qəbiristanlığında dəfn olunub.

Mərhum iş adamı şou-biznes nümayəndələrinə yaxınlığı ilə də tanınıb.

Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur.

Tarix
2016.01.06 / 11:06
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla