Yuxarı

Ukrayna və Azərbaycan bu sahədə razılaşdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna və Azərbaycan bu sahədə razılaşdı

Ukraynanın Baş naziri Arseni Yaçenyuk dekabrın 6-da Azərbaycan və Qazaxıstandan olan həmkarları ilə telefon söhbəti aparıb.

Report Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna və Qazaxıstan hökumətlərinin rəhbərləri mövcud problemin həllinə hazır olduqlarını nümayiş etdiriblər və dərhal səmərəli və əlverişli tranzitin təmin edilməsi üçün milli səlahiyyətli idarələrə danışıqları operativ şəkildə başa çatdırmaq tapşırığı veriblər", - deyə məlumatda bildirilir.

Yaçenyuk Azərbaycanın baş naziri Artur Rasizadə ilə də tranzit probleminin həlli yolları ilə bağlı prinsipial razılaşma əldə edib. Tərəflər razılığa gəliblər ki, hər iki dövlətin milli səlahiyyətli nümayəndələri qısa müddət ərzində lazımi texniki qərarların razılaşdırılması üçün bir araya gələcəklər.

Xatırladaq ki, Rusiya Ukrayna mallarının öz ərazisindən tranzitini tam olaraq dayandırıb.

Tarix
2016.01.06 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla