Yuxarı

Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah əs-Süleym ilə görüşüb.

"Axar.az" Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkənin rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulayıb, BMT, İslam Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə hökumətlərarası birgə komissiyanın rolunu qeyd edib.

Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Tarix
2014.01.31 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla