Yuxarı

Körpü uçub, Xaçmazın “çao” başçısı isə sevinir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Körpü uçub, Xaçmazın “çao” başçısı isə sevinir - Video

Yağan yağışlar nəticəsində çay daşıb, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən respublika əhəmiyyətli körpü uçub.

Bu körpünün “1974-cü ildə tikildiyi” haqda tez-tələsik məlumat verilməsinin məqsədi aydındır. Halbuki 2016-cı ildə məhz bu körpünün əsaslı şəkildə “bərpa edildiyi” bildirilmişdi. Yəni körpü kosmetik təmir edilməyib, rəsmi məlumatda “bərpa edildiyi” bildirilir. Əgər bərpa edilibsə, möhkəmləndirilmə işləri aparılıbsa, körpü çay daşması nəticəsində niyə uçmalıdır?

Körpünün yatağı yuyulmayıb, məhz daşıyıcı sütunları çöküb. Araşdırılmalı və bunun mühəndis işlərində yol verilən nöqsan olub-olmaması üzə çıxarılmalıdır.

Zatən, Xaçmazın 43 yaşlı icra başçısı Elnur Rzayev də buna uyğun açıqlama verə bilərdi, yox, verməli idi.

Ancaq gülür, sevinir, fərəhlənir və “gördüyünüz kimi, hər şey öz yerindədir” deyə, “çao” ilə sağollaşır.

Bu respublika əhəmiyyətli körpünün uçması nəticəsində 97 min sakinin ciddi problemi yaranıb, onların Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib. Ən azı, bu sakinlərə görə başçı narahat olmalı, qanı qaralmalı, araşdırma aparılacağını deməli, mənəvi baxımdan sakinlərin yanında olduğunu göstərməli idi.

Elnur Rzayev isə sevinir, sanki, körpünün uçması ürəyincədir. Niyə? Ona görə ki, yeni körpü üçün külli miqdarda vəsait ayrılacaq?

Yeri gəlmişkən, bu, həmən icra başçısıdır ki, bir ay öncə özünə 450 min manatlıq bahalı avtomobil alması ilə gündəmə gəlmişdi...

Tarix
2023.09.18 / 16:12
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla