Yuxarı

“Hərbi qarşıdurma olarsa, Rusiya…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hərbi qarşıdurma olarsa, Rusiya…”

Kreml açıq şəkildə dilə gətirməsə də, Yaxın Şərqlə bağlı nöqtələrdə Rusiya və İran hazırda müttəfiq kimi çıxış etməkdədirlər.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu bildirib. O, Səudiyyə-İran qarşıdurmasının bir çox ölkələrin xarici siyasətinə təsirsiz ötüşməyəcəyini deyib:

"Rusiya Yaxın Şərq siyasətində İran ilə müttəfiq olaraq çıxış edir. Bu özünü bir çox məqamlarda, o cümlədən, Suriya məsələsində də göstərir. Səudiyyə-İran qarşıdurması bölgədə aktiv rol oynayan ölkələrə və onların xarici siyasətinə öz təsirini göstərəcək. Ancaq hazırkı gedişat fonunda Moskvanın Suriya siaysətində hər hansı bir dəyişikliyə getməsi inandırıcı deyil. Suriya Rusiyanın Yaxın Şərqdə öz mövcudluğunu qoruya bilməsi üçün artıq prinsipial bir məsələyə çevrilib. Kreml açıq şəkildə dilə gətirməsə də, Yaxın Şərqlə bağlı nöqtələrdə Rusiya və İran hazırda müttəfiq kimi çıxış etməkdədirlər. Bəzi rus politoloqlarının açıqlamaları bunu əyani şəkildə sübut edir. Ona görə də hərbi qarşıdurma olacağı təqdirdə Moskvanın kimin yanında yer alacağını təsəvvür etmək elə də çətin deyil".

Tarix
2016.01.08 / 09:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla