Yuxarı

4 min vətəndaşımızın taleyi məlum deyil - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 min vətəndaşımızın taleyi məlum deyil - Nazir

Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.

Nazir deyib: “1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300 minə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı. Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir.

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq şəkildə və konstruktiv dialoqa açıq olaraq beynəlxalq hüququn pozulmasını qəbul etməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək”.

Tarix
2023.09.23 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla