Yuxarı

Bayramov Abdullahiana Yevlax görüşündən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Abdullahiana Yevlax görüşündən danışdı

00:48

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq çərçivəsində artan dinamika məmnunluqla qeyd olunub, son dövrlərdə bir sıra digər sahələr üzrə reallaşdırılan yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların əhəmiyyəti vurğulanıb.

C.Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən danışıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərksilahı tədbirləri barədə iranlı həmkara məlumat verilib.

Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin reinteqrasiyasının bu gün tarixi bir mərhələdə olduğunu, bu istiqamətdə ümidverici imkanların yarandığını, 21 sentyabr Yevlax görüşünün müsbət və konstruktiv mühitdə keçdiyini, görüşdən irəli gələn məsələlərlə bağlı hazırda Azərbaycan tərəfindən aidiyyəti yardımların göstərildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.09.24 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla