Yuxarı

Prezidentdən süni bahalaşma ilə bağlı göstəriş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən süni bahalaşma ilə bağlı göstəriş

Son vaxtlarda müşahidə edilən qiymət artımı yerli məhsullara şamil edilməməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Manatın məzənnəsinin dəyişməsi ilə bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən qədər idxaldan asılıyıq. Hələlik, 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq Azərbaycanda istehsal edilən məhsullarda qiymət artımı mümkün deyil, olmamalıdır. Mənə məlumat gəlir ki, manatın məzənnəsindən natəmiz insanlar, işbazlar istifadə etmək istəyirlər. Buna, süni bahalaşmaya son qoyulmalıdır və çox ciddi cəza tədbirləri görülməlidir. Və sadəcə cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olmalı və bu vəziyyətdən öz şəxsi maraqlı üçün istifadə etmək istəyənlərə çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda da işıqlandırılmalıdır ki, buna son qoyulsun", - Prezident bildirib.

Tarix
2016.01.10 / 15:03
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla