Yuxarı

Tələbənin intihar etməsi ilə bağlı cinayət işi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbənin intihar etməsi ilə bağlı cinayət işi açıldı

Rumiyyə Qasımovanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi R.Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

İntiharın səbəbləri ilə bağlı daha öncə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, R.Qasımovanın imtahan kəsiri ilə bağlı intihar etməsi həqiqətdən uzaq görünür: "Yanvarın 9-da "Ana dili" fənnindən keçirilən imtahanda Rumiyyə Qasımova ən aşağı - 12 bal toplayıb: "Lakin bu, hələ son demək deyildi. Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır".

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.01.11 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla