Yuxarı

İlham Əliyev iki səfiri qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçib.

Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib. Dövlətimizin başçısı, həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırıb. O, Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Monqolustan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.

Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçib.

Badamdorj Batxişiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirib. Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlət başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin xalqlarımız və ölkələrimiz üçün önəmli olduğunu vurğulayıb. Azərbaycan ilə Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Badamdorj Batxişiq Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Səfir ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Dövlət başçısı Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Tarix
2016.01.12 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla