Yuxarı

Ərdoğan səfərdən qəsdən imtina etdiyini təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan səfərdən qəsdən imtina etdiyini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xəstə olması barədə xəbərlər fonunda ictimaiyyət qarşısına çıxıb.

Axar.az xəbər verir ki, Ərdoğan günortadan sonra hakim partiyanın Ankaradakı qərargahına gəlib. Televiziyaların canlı olaraq yaydığı görüntülərdə Ərdoğanın sərbəst şəkildə maşından düşdüyü, partiya üzvləri ilə görüşdüyü və sonra iclasın keçiriləcəyi binaya daxil olduğu görünür.

Qeyd edək ki, bu gün media Türkiyə liderinin “xəstə olduğu üçün” İspaniya səfərindən imtina etdiyini, AKP-nin qrup toplantısının isə təxirə salındığını yazmışdı.

AKP-nin qrup toplantısı təxirə salınmayıb, Ərdoğan isə xəstə olmadığını, İspaniya səfərindən qəsdən imtina etdiyini nümayiş etdirib.

Qeyd edək ki, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa, Almaniya, AB, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Azərbaycan Prezidenti bu görüşdə Türkiyə liderinin iştirakını təkid edib, Fransa və Almaniya isə buna qarşı çıxıb. Buna görə də Prezident İlham Əliyev nümayişkaranə surətdə görüşdən imtina edib.

Tarix
2023.10.04 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla