Gürcüstanın işğal planı
2006-cı ildə hazırlanıb.
Axar.az xəbər verir ki, bunu "Avropa demokratları"nın lideri
Paata Davitaya söyləyib.
Davitaya "Qazprom"dan sonra Rusiyanın Abxaziya dəmiryolu
layihəsini ortaya atacağını deyib:
"2006-cı ildə Rusiyanın Baş Qərargahı və Təhlükəsizlik Şurası
Gürcüstana qarşı hansı addımların atılması ilə bağlı planlar
hazırlayırdı. Putin 2008-ci il müharibəsinə necə hazırlaşdığı haqda
danışarkən demişdi. O zaman üçün artıq planın bir neçə variantı
hazırlanmışdı. Gürcüstanla "Qazprom" arasında əməkdaşlıq Rusiyanın
planının bir parçasıdır. Bu plan bir neçə il əvvəl tərtib edilib.
Onlar 2006-cı ildə "Qazprom" və iqtisadi vasitələrlə Gürcüstanı
işğal etməyi həyata keçirə bilmədilər. Amma üstündən 9 il keçəndən
sonra Moskva istəyini reallaşdırdı. Əvvəlcə, "Rosneft" Poti
limanını tutdu, ikinci addım isə "Qazprom" oldu. Hamınıza bəllidir
ki, "Qazprom" sadəcə siyasi rıçaqdır. Bu haqda hətta Prezident
Əliyev də açıq şəkildə söyləyib. "Qazprom"dan sonrakı layihə
Abxaziya dəmiryolu layihəsi olacaq. Burada da iqtisadi gəlirlər
məsələsi ortaya atılacaq. Deyəcəklər ki, guya onların Ermənistanla
münasibətləri var, onlar tranzit, biz isə bunun qarşılığında pul
alacağıq. Hər şey Moskvanın Gürcüstanı tam tutması ilə
bitəcək".
Qeyd edək ki, Abxaziya dəmiryolu layihəsinin bərpası keçən il
Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunub. Layihəyə
əsasən, Moskva-Suxumi-Tiflis-İrəvan arasında dəmiryolu bərpa
edilməlidir.